Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması Salyan rayonunda da sevinclə qeyd olunmuşdur

08 aprel 2019 | 16:00

Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması respublikanın həryerində olduğu kimi, Salyan rayonunda da sevinclə qeyd olunmuşdur.


     Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması respublikanın hər yerində olduğu kimi, Salyan rayonunda da sevinclə qeyd olunmuşdur. Bu əlamətdar hadisə münasibətilə aprelin 8-də Salyan rayon Heydər Əliyev adına parkdagənclərin iştirakı ilə fləşmob keçirilmişdir. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələri və sakinlərin iştirak etdiyi tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilədavam etdirilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycanda əhalinin sayının dinamik templə artmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətin, əhalinin, o cümlədən aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin məntiqi nəticəsi olduğunu bildirmişlər.

Keçidlər