“31 Mart – Azərbaycanlılarının Soyqırımı Günü” ilə əlaqədar Salyan rayonunda tədbir keçirilmişdir
“31 Mart – Azərbaycanlılarının Soyqırımı Günü” ilə əlaqədar Salyan rayonunda tədbir keçirilmişdir
30 mart 2019-cu il tarixində Salyan rayonunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, həmvətənlərimizin soyqırımının qarşısının alınmasında erməni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin şəhər qəbristanlığındakı məzarlarını ziyarət etmiş, önlərinə gül-çiçək dəstələri düzmüşlər.
Xatırladaq ki, 1918-ci ilin martında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları çırkin əməllərini Bakı ətrafı ərazilərdə də davam etdirmiş, dəniz yolu ilə Kür çayının mənsəbinə qədər gəlib çıxan erməni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayonlarının ərazisində də insan ağlına sığmayan soyqırım törətmişlər.