Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Kür çayının üzərində salınmış körpünün əsaslı təmirdən sonra açılışı olmuşdur

16 mart 2019 | 16:00

Salyanda Kür çayının üzərində salınmış körpünün əsaslı təmirdən sonra açılışı olmuşdur

Bu gün möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və yeni layihələrin icrası davam etdirilir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
    16 mart 2019-cu il tarixində Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir. Açılış mərasimində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik etmiş, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edilir. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır. Hazırda körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulmuş, kənar dayaqları və  kənar dayaqların yamaclarının konusları eləcə də  yanaşma plitələri yenidən inşa edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti  norma və qaydalarına  uyğun şəkildə yüksək keyfiyyətlə aparılan təmir-bərpa işlərindən sonra sürücülərin istifadəsinə verilmişdir.

 

Keçidlər