Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhər 4 saylı tam orta məktəbdə müəllim kollektivi ilə görüş keçirmişdir.

12 mart 2019 | 16:00

Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhər 4 saylı tam orta məktəbdə müəllim kollektivi ilə görüş keçirmişdir.

12 mart 2019-cu il tarixində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhər 4 saylı tam orta məktəbdə müəllim kollektivi ilə görüş keçirmişdir.
    Tədbirdə çıxış edən rayon rəhbəri müəllim kollektivini salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətindən, bu sahədə əldə olunan uğurlardan danışmışdır. Görüşdə çıxış edən müəllimlər vurğulamışlar ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni məktəblərin tikintisi, təmiri və bərpası, müasir avadanlıqla təchiz edilməsi, xüsusilə regionlarda hər il onlarla yeni məktəblərin tikilib şagirdlərin istifadəsinə verilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.
     Görüşdə müəllim kollektivi mövcud problemlərlə bağlı təkliflərini bildirmiş, onlar üçün yaradılan şəraitdən razılıqlarını vurğulamış, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. 

Keçidlər