Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.

12 mart 2019 | 16:00


Salyan rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.
     

12 mart 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində  “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.
      Görüşdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, məktəblilər, valideynlər, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.   Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov  görüşdə çıxış edərək maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini bildirmiş, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır.
      Çıxış edən məktəblilər layihədə iştirak etdiklərinə görə böyük qürur hissi keçirdiklərini söyləmiş, tur-aksiya zamanı Quba,Qusar və Xaçmaz rayonları barədə hərtərəfli biliklər qazanacaqlarını, bu yerlərin tarixi məkanlarına ekskursiyanı böyük səbirsizliklə gözlədiklərini bildirmişlər.
      Tur-aksiyada iştirak edəcək məktəblilərin valideynləri çıxış edərək bu günün övladlarının həyatında əlamətdar bir gün olduğunu, onların bu tur-aksiyaya böyük sevinc və fərəh hissi ilə qoşulduqlarını vurğulamış, onlara bu sevinci yaşatdığına görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər