Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Marışlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov
Marışlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Marışlı kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
Kənd sakinlərinin, hüquq-mühafizə, səhiyyə, təhsil, və ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda vətəndaşlar onların həyat şəraitinin yaxşılaşdılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən qəbul olunan qərarlardan razılıqlarını ifadə etmiş və minimum əmək haqqı və minimum əmək pensiyalarının, müxtəlif növ müavinətlərin artırılmasının, eləcə də, şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsinin bütün ölkə vətəndaşları kimi salyanlılarında maddi-məişət şəratinin daha da yaxşılaşdıracağını minnətdarlıqla qarşıladıqlarını diqqətə çatdırmışlar.
Görüşün sonunda rayon rəhbəri sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırmış, qaldırılan məsələrlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.