Möhtərəm Prezidentin nitqindən irəli gələn vəzifələrlə əlaqədar ümumrayon yığıncağı keçirilmişdir
Salyan rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədirliyi ilə iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirədə Möhtərəm Prezidentin nitqindən irəli gələn vəzifələrlə əlaqədar ümumrayon yığıncağı keçirilmişdir
05 mart 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədirliyi ilə iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirədə Möhtərəm Prezidentin nitqindən irəli gələn vəzifələrlə əlaqədar ümumrayon yığıncağı keçirilmişdir.
Yığıncağda rayon İcra hakimiyətinin başçısı Sevindik Hətəmov dövlət başçısının son aylarda imzaladığı fərman və sərəncamlar haqqında geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarların, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər salyanlılar tərəfindən də razılıqla qarşılanmışdır.
Yığıncağda digər çıxış edənlər son vaxtlar Prezident İlham Əliyev tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı onlarla Fərman və Sərəncamın imzalanmasını bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsi olmaqla, sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratdığını vurğulamışlar. Qeyd olunmuşdur ki, 2019-cu il ümumilikdə respublikamızda, o cümlədən rayonumuzda da xalqın sosial vəziyyətinin yaxşılaşdırılması və sosial-iqtisadi inkişafi istiqamətində uğurlu il olacaqdır.