Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilmişdir.

04 mart 2019 | 16:00

Salyan rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə
tədbir keçirilmişdir.
    

4 mart 2019-cu il tarixində rayon İcra hakimiyyətində “BədənTərbiyəsi və İdman günü“ münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Gənclər və İdman idarəsi, rayonun tanınmış məşqçi-müəllimləri, müxtəlif beynəlxalq turnirlərin, dünya çempionatlarının və respublika birinciliklərinin qalibləri olan idmançılar iştirak etmişdir. Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə söhbət açmışdır.  Daha sonra tədbirdə çıxış edənlər ölkə rəhbəri  tərəfindən respublikada idmanın kütləviliyinə nail olunması və ölkə idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlar qarşısında xüsusi vəzifələr qoyulduğunu qeyd etməklə, ölkədə həyata keçirilən məqsədyönlü, davamlı sosial siyasətin  bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynadığını diqqətə çatdırmışlar.

Tədbirin sonunda rayon İcra hakimiyyəti başçısı  tərəfindən respubilka və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş bir qrup idmançı qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər