Salyan rayonunda müxtəlif sahələrdə çalışan gənclərlə görüş keçirilmişdir
Salyan rayonunda müxtəlif sahələrdə çalışan
gənclərlə görüş keçirilmişdir
20 fevral 2019-cu il tarixində rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun müxtəlif sahələrdə çalışan gəncləri ilə görüş keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək gəncləri salamlamış, Azərbaycanın çiçəklənməsi naminə onlara xoşbəxt, sağlam gənclik və uğurlu gələcək arzu etmişdir. Maraqlı diskusiya şəraitində keçən görüşdə gənclər çıxış edərək arzu və təkliflərini bildirmiş, hazırda Prezident İlham Əliyev tərəfindən ölkə siyasətinin uğurla davam etdirildiyini qeyd etmiş, dahi şəxsiyyət Heydər Əliyevin ideyalarını yaşatmaq üçün bütün güc və bacarıqlarını səfərbər edəcəklərini bildirmişlər. Gənclər onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.
Tədbirdə rayonun rəhbəri gəncləri maraqlandıran suallara cavab vermiş, onların təklif və problemlərini dinləmiş, həlli istiqamətində müvafiq tapşırıqlarını vermişdir. Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.