Mülki Müdafiə işinin təşkili Baş İdarəsi Muğan Regional Mərkəzi ilə birgə Salyan rayonunda müşavirə keçirmişdir
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş İdarəsi Muğan Regional Mərkəzi ilə birgə Salyan rayonunda müşavirə keçirmişdir
19 fevral 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin və Muğan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Əhalinin mülki müdafiəsinin təşkili, problemlər və onların həlli istiqamətləri, eləcə də mülki müdafiə sahəsində FHN-nin Muğan Regional Mərkəzi ilə fəaliyyət ərazisinə daxil olan icra hakimiyyəti orqanları arasında qarşılıqlı fəaliyyət” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, Şirvan şəhərinin, Salyan, Neftçala, Saatlı, Sabirabad, Biləsuvar, Hacıqabul, İmişli rayonlarının Fövqəladə Hallar Komissiyalarının sədrləri, mülki-müdafiə qərargahlarının üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.