Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Boranıkənd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov
Boranıkənd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Boranıkənd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
Kənd sakinlərinin, hüquq-mühafizə, səhiyyə, təhsil, və ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Sevindik Hətəmov ölkədə sosial-iqtisadi inkişafla bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açmışdır. Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran rayon rəhbəri əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulamış, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır. Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.