Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 2013-cü ilin birinci rübünə yekun vuruldu

26 aprel 2013 | 15:00

25 aprel 2013-cü il tarixdə rayonda aprelin 14-də Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2013-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. İdarə, müəssisə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayon fəallarının iştirak etdiyi tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında çıxış edənlər cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə edilən uğurlu göstəriciləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirmişlər.
İclasda müzakirə olunan məsələyə dair qərar qəbul edilmişdir.
Müşavirəyə yekun vuran rayon İcra hakimiyyətinin başçısı T.Kərimov qeyd etmişdir ki, rayonun ictimaiyyəti möhtərəm Prezidentimizin irəli sürdüyü əzəmətli vəzifələrin uğurla həyata keçirilməsində fəal iştirak edəcək və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Keçidlər