2018-ci ilin sosial- iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Salyan rayon İcra hakimiyyətinin 2018-ci ilin sosial- iqtisadi
inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə
əlaqədar hesabat yığıncağı keçirilmişdir.
08 fevral 2019- cu il tarixində Salyan rayonunda “Salyan rayon İcra hakimiyyətinin 2018-ci ilin sosial- iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr”lə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşəyə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Geniş hesabat məruzəsi ilə çıxış edən rayon rəhbəri ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, rayonda aparılan tikinti-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sonra idarə, müəssisə və təşkilat rəhbərlərinin, məruzə ətrafında çıxışlarında tikinti-quruculuq, təhsil, səhiyyə, və mədəniyyət sahəsində görülən işlər ətraflı təhlil olunmuş, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı istiqamətində həyata keçirilən layihələr barədə danışılmış, habelə qarşıda duran həllivacib məsələlər ətraflı müzakirə edilmişdir.
Yığıncaqda Azəbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı çıxış edərək Salyan rayonunun inkişafı ilə bağlı sosial-iqtisadi sahələrdə yüksək uğurların əldə olunmasından, aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində rayonun simasının son illər dəyişərək yeni, müasir görkəm almasından, irihəcmli infrastruktur layihələrinin həyata keçiriliməsindən bəhs etmişlər.
Sonda hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.