Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Quyçu kəndində əhali ilə görüş keçirmişdir
Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun
Quyçu kəndində əhali ilə görüş keçirmişdir
11 dekabr 2018-ci il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı cənab Sevindik Hətəmov rayonun Quyçu kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov kənd əhalisini salamlamış və yerlərdə keçirilən səyyar görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirdirmişdir. Görüşdə kənd sakinlərini narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.