Şriftin ölçüsü :

Saytın rəngi :

Futzal üzrə rayon birinciliyinin açılış mərasimi olmuşdur

24 aprel 2013 | 15:00

Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov turnirdə iştirak edən komandaların üzvlərini, tamaşaçıları salamlayaraq ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son on ildə Azərbaycanda bütün sahələrdə, o cümlədən idman sahəsində əldə olunan nailiyyətlərdən söz açaraq yarış iştirakçılarına xoş arzularını bildirmişdir.
Açılış oyununda YAP rayon təşkilatının «YAP» və Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının «Gələcəyin müəllimləri» komandaları qarşılaşmışlar.

Keçidlər