Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüblər

18 noyabr 2018 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüblər


    
   18 noyabr 2018-ci il tarixində Salyan rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmiz tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşdür.
   Tur-aksiyanın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri yolasalma mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini bildirmiş, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır. Qeyd edilmişdir ki, “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən Salyan rayon məktəbliləri qədim Nizami yurduna səfər edəcək, Gəncənin yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə tanış olacaq və şəhərin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcəklər.
   Sonda tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla yola düşmüşlər.

Keçidlər