Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir

15 noyabr 2018 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir
     

  15 noyabr 2018-ci il tarixində Salyan rayon İcra hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.
         Görüşdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, məktəblilər, valideyinlər, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, artıq ənənəyə çevrilən tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən, danışaraq bu layihənin Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin bariz nümunəsi olduğunu vurğulamışdır. Rayon rəhbəri ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirmişdir.  Görüşdə məktəblilər çıxış edərək, layihədə iştirak etdiklərinə görə böyük qürur hissi keçirdiklərini söyləmiş, tur-aksiya zamanı Gəncə, Şəmkir və Göygöl rayonları barədə hərtərəfli bilgilər qazanacaqlarını, bu yerlərin tarixi məkanlarına ekskursiyanı böyük səbirsizliklə gözlədiklərini bildirmişlər.  
        Valideynlər adından çıxış edənlər bu günün övladlarının həyatında əlamətdar bir gün olduğunu, onların bu tur-aksiyaya böyük sevinc və fərəh hissi ilə qoşulduqlarını vurğulayaraq onlara bu sevinci yaşatdığına görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Çıxışlarda vurğulanmışdır ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

 

Keçidlər