Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilmişdir

12 noyabr 2018 | 16:00

Rayonda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilmişdir


     12 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilmişdir.   
     Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rayon İcra hakimiyyətinin rəhbərləri, dini icma sədrləri, dindarlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.  

 

Keçidlər