Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayounun Peyk kəndinə mavi yanacaq verilmişdir

01 noyabr 2018 | 16:00

Salyan rayounun Peyk kəndinə mavi yanacaq verilmişdir
 

       01 noyabr 2018-ci il tarixində dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun növbəti yaşayış məntəqəsi-1350 nəfər əhalisi olan Peyk kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
          Açılışda iştirak edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı, diqqət və qayğısı ilə kənd və qəsəbələrin qazlaşdırılmasının  davam etdirildiyini bildirmiş, kəndə təbii qazın verilməsi münasibətlə sakinləri təbrik etmişdir. Peyk kəndinə təbii qazın verilməsi 1992-ci ildən dayandırılmışdır. Kənddə əhalinin təbii qazla təmin olunması məqsədilə tikinti işlərinə müxtəlif ölçülü 3300 metr polietilen 27710 metr polad borularla qaz xətləri çəkilmiş və təbii qazla təmin olunacaq 232 evə fərdi qaz sayğacları quraşdırılmışdır.
          Açılışda çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər.

    

 

 

Keçidlər