Şriftin ölçüsü :

Saytın rəngi :

Çağırışçı gənclərin hərbi xidmətə yola salınması

30 mart 2013 | 16:00

03 aprel 2013-cü il tarixdə  Heydər Əliyev parkında çağırışçı gənclərin hərbi xidmətə yola salınması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsinin rəisi Polad İbrahimov gəncləri təbrik edərək, onlara vətənin keşiyində ayıq-sayıq durmağı tövsiyyə etmişdir. O bildirmişdir ki, salyanlı gənclər böyük ruh yuksəkliyi ilə hərbi xidmətə yola düşür və onlar vətənimizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcəklər.
Ölkəmizin ordu quruculuğu sahəsində qazandığı böyük uğurları diqqətə çatdıran rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə Azərbaycan Ordusunun hazirda regionun ən güclü ordusu olduğunu xüsusi vurğulayaraq qeyd etmişdir ki, müasir mddi-texniki bazya malik Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır və salyanlı gənclər də hərbin sirlərinə dərindən yiyələnməlidirlər.
Mərasimdə çıxış edənlər çağırışçı ğənclərin vətənə sədaqətlə xidmət edəcəklərinə inandıqlarını bildirmiş, onlarin ata-babaların rəşadətli döyüş yolunu ləyaqətlə davam etdirəcəklərini və düşmən tapdağı altında olan ərazilərimizi işğaldan azad etməyə hazır olduqlarını qeyd etmişlər.
Çağırışçı ğənclər ümummilli lider Heydər Əlyevin abidəsini ziyarət edildikdən sonra Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ordu sıralarına yola düşmülər.

Keçidlər