Şriftin ölçüsü :

Saytın rəngi :

“01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.

01 oktyabr 2018 | 16:00

Heydər Əliyev Mərkəzində “01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.


     01 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində “01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.
     Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə bütün prokurorluq əməkdaşlarını təbrik etmiş onlara dövlətimizin və dövlətçiliyimizin cinayətkar qəsdlərdən qorunması istiqamətindəki yorulmaz fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına hər bir zaman xidmət edir. 
    Tədbirdə çıxış edən Salyan rayon prokuroru, baş ədliyyə müşaviri Firdovsi Nemətli Azərbaycan prokurorluq orqanlarının yaranması və inkişafının, müstəqillik dövründə bu orqanın fəaliyyətində ümummilli lider Heydər Əliyevin rolunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızın prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışmış, şərəfli peşə sahiblərinin cəmiyyətdəki rolundan, cinayətkarlığa qarşı aparılan mübarizə işindən söz açmışdır. Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən hər zaman layiqincə gəlirlər.
    Tədbirdə xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaşa rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur.

 

 

 

 

Keçidlər