Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Salyan Dövlət Kukla Teatrının direktoru, “Əməkdar Mədəniyyət işçisi”, “Tərəqqi” medallı Yavər Qəhrəman oğlu Cəbrayılovun anadan olmasının 70-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

13 avqust 2018 | 16:00

Rayonda Salyan Dövlət Kukla Teatrının direktoru, “Əməkdar Mədəniyyət işçisi”, “Tərəqqi” medallı Yavər Qəhrəman oğlu Cəbrayılovun anadan olmasının
70-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

13 avqust 2018-ci il tarixində rayon İcra hakimiyyətində Salyan Dövlət Kukla Teatrının direktoru, “Əməkdar Mədəniyyət işçisi”, “Tərəqqi” medallı, Beynəlxalq Folklor Festivalları Laureatı, Azərbaycan Teatr Xadimləri İttifaqının, Respublika Jurnalistlər Birliyinin üzvü Yavər Qəhrəman oğlu Cəbrayılovun anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
   Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Yavər Cəbrayılovun rayonun ictimai-siyasi həyatında və mədəniyyət sahəsində fəaliyyətindən geniş söz açmış, yubiley münasibətilə onu ürəkdən təbrik etmişdir.
    Rayon İcra hakimiyyətinin, idarə, müəssisə, təşkilatların, ziyalıların, mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin və yubilyarın ailə üzvlərinin iştirak etdiyi tədbirdə tanınmış mədəniyyət işçisinin həyat və fəaliyyətinə geniş nəzər yetirilmiş, edilən çıxışlarda onunla bağlı xatirələr diqqətə çatdırılmış, rayon mədəniyyətin inkişafında göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir.
    Tədbirdə Y.Cəbrayılova rayon İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunmuşdur. 

Keçidlər