Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə baramı qeyd edildi
Rayonda Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 94-cü ildönümü ilə bağlı tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil və gül-çiçək dəstələri qoymuşlar. Sonra icra hakimiyyətində davam edən bayram tədbirində şanlı ənənələri olan Təhlükəsizlik xidməti orqanlarının yaradılması, inkişaf tarixi barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, sözügedən orqan 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikasının Hərbi Nazirliyinin baş qərargahı nəzdində kəşfiyyat və əks kəşfiyyat bölməsi kimi fəaliyyət göstərmişdir. Sonradan bu qurum respublikamız öz müstəqilliyini əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra milli maraqlara xidmət edən Təhlükəsizlik orqanına çevrilmişdir. Nazirliyin əməkdaşları tərəfindən dini və siyasi ekstremizm, təcavüzkar separatçılıq, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri, ən nəhayət terrorçuluq kimi dəhşətli təhlükələrə qarşı mübarizə aparmaq üçün əhəmiyyətli əməliyyatlar həyata keçirilmişdir. Tədbirdə o da vurğulanmışdır ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində aparılan hərtərəfli islahatlar vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına, mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha səmərəli aparılmasına böyük imkanlar yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov xidməti vəzifələrində fərqlənən və istefada olan bir qrup əməkdaşa “Fəxri fərman” və qiymətli hədiyyələr təqdim etmişdir. Sonda Milli Təhlükəsizlik Nazirliyinin tarixi xidmətlərini əks etdirən film nümayiş olunub