Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir

12 iyul 2018 | 16:00

Salyan rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir


     12 iyul 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayon İcra hakimiyyətinin 2018-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.  Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2018-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Yığıncağda məruzə ətrafında çıxışlar olmuş, cənab Prezident İlham Əliyevin Salyana davamlı diqqəti və qayğısı sayəsində genişmiqyaslı quruculuq–abadlıq işlərinin icra edildiyini diqqətə çatdıraraq bu ilin altı ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlarını qeyd etmişlər. Yığıncaqda, həmçinin 2018-ci ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar qəbul edilmişdir.

Keçidlər