Şriftin ölçüsü :

Saytın rəngi :

Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi

05 iyul 2018 | 16:00

Salyanda “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi”

mövzusunda qadınların Regional konfransı keçirilmişdir

5 iyul 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramı və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda qadınların Regional konfransı keçirilmişdir. Konfrans iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Regional konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Konfransda Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP Rezident Nümayəndəsi Alessandro Frakassetti, Coca-Cola Qafqaz və Mərkəzi Asiya Regionu üzrə Baş Menecer Eser Sevinc Manav, rayonda fəaliyyət göstərən qadın təşkilatlarının təmsilçiləri, sahibkar qadınlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Salyan, Neftçala, Sabirabad, Biləsuvar və Masallı rayonlarının qadınlarının iştirakı ilə keçirilən konfransın məqsədi rayon qadınlarının öz problem və perspektivlərini ifadə etmək üçün ictimai platforma olmaqla yanaşı, kənd qadınlarının prioritetlərinin milli dövlət siyasətində əks etdirilməsinə nail olmaqdır. Konfransda rayon icmalarında güclü liderlik roluna sahib olmaq üçün qadınların təşviq edilməsi, kənd və rayon qadınlarının problemlərinin açıq müzakirəyə çıxarılması, rayon qadınlarının başqa rayonlardan gələn xanımlarla şəbəkələşməsi, yerli səviyyədə fəallıq və milli səviyyədə təmsil olunmaq üçün qadınların təcrübə mübadiləsi və strateji əməkdaşlıq üçün şərait yaradılması mövzusunda çıxışlar edilmişdir. Konfransda Salyanda qadın biznesinə dəstək proqramının qaliblərinə sertifikatlar təqdim edilmiş, biznes sahəsində uğur əldə etmiş qadınlar haqqında videoçarxlar nümayiş olunmuşdur. Daha sonra rayon qadınları və sahibkarlıq (kənd təsərrüfatı və qeyri-aqrar bizneslər, həyətyanı təsərrüfatlar və sair qadın biznesləri); Rayon qadınlarının peşə təhsili (evdən işləməklə bazara çıxarıla bilən məhsulların satışı, ixtisasın artırılması və dəyişilməsi, davamlı təhsil və sair); Rayon qadınlarının sosial iştirakı və liderliyi (qadınların sosial fəallığının təşviqi, gender əsaslı və qadınlara qarşı zorakılıq, ictimai fəallıq, fəal qadınların şəbəkələşməsi və sair) mövzularında dəyirmi masalar ətrafında müzakirələr aparılmış və moderatorlar tərəfindən təqdimatlar keçirilmişdir.

 

Keçidlər