Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul-Polis işçilərinin peşə bayramı günü

02 iyul 2018 | 16:00

Salyanda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” və 100 ilik yubleyi  münasibətilə tədbir keçirilmişdir.

İyulun 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində “2 iyul-Polis işçilərinin peşə bayramı günü” və 100 ilik yubleyi  münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə polis işçilərini təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubovun təbrik məktubu  oxunmuşdur. Daha sonra məruzə ilə çıxış edən Polis şöbəsinin rəisi, polis polkovniki Cəbrayıl Vəliyev Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışmış, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli Lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar. Çıxış edənlər polis işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduqlarını, sabitliyin, əmin-amanlığın keşiyində durduqlarını, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gün də vəzifə borcunu şərəflə yerinə yetirdiklərini diqqətə çatırmışlar. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı  rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

Keçidlər