Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda muğam konserti keçirilmişdir

20 mart 2013 | 16:00

19 mart 2013-cü il tarixdə “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalının davamı olaraq rayonda Q.Əsgərov adına İncəsənət məktəbinin şagirdlərinin iştirakı ilə muğam konserti keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov çıxış edərək Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Muğam aləmi" II Beynəlxalq muğam festivalının muğam sənətinin qorunması və inkişafına göstərdiyi xidmətdən danışaraq onun beynəlxalq əhəmiyyət daşıdığını göstərmişdir.

Keçidlər