Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun ümümtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.

14 iyun 2018 | 16:00

Salyan rayonunun ümümtəhsil məktəblərində “Son zəng”
tədbirləri keçirilmişdir.

14 iyun 2018-ci il tarixində Salyan rayonunun ümümtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov yeni istifadəyə verimiş 1200 şagird yerlik şəhər 2 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak etmişdir.
    Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən  ölkəmizdə  təhsil  sahəsində  aparılan  siyasətdən söz açmışdır. Daha sonra məktəbin müəllimləri, valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik emiş və onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar arzulamışlar.
    Çıxışlarda bildirilib ki, son illər bütün ölkə üzrə olduğu kimi, Salyanın ümumtəhsil məktəblərində də əsaslı islahatlar aparılıb, 5 yeni məktəb binası tikilib, 4 məktəb binası əsaslı təmir olunub və  hazırda 2 məktəb binası əsaslı təmir edilir. Rayon təhsilində mühüm keyfiyyət dəyişikliyinin baş verdiyini deyən müəllim və valideynlər ötənilki məzunlardan 227 nəfərin ali məktəblərə daxil olduğunu, 18 nəfərin 600-dən, 61 nəfərin isə 500-dən çox bal topladığını qeyd ediblər. Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilmiş, ənənəvi “Son zəng” tədbirlərində şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.
    Rayonun  bütün  məktəblərində “Son zəng” tədbirləri  yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.


 

Keçidlər