Şriftin ölçüsü :

Saytın rəngi :

“17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir.

09 iyun 2018 | 16:00

9 İyun 2018-ci il tarixində Salyan rayon İcra hakimiyyətində “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir.
 

9 İyun 2018-ci il tarixində Salyan rayon İcra hakimiyyətində  “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir.
    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini  əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və son dərəcə vacib işlərində uğurlar arzulamışdır.O, ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
     Tədbirdə çıxış edənlər respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər. Bildirmişlər ki, dövlətimizin başçısının tapşırığına əsasən hər il ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür. Sonda çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
      Çıxışlardan sonra bir qrup səhiyyə işçisinə rayon İcra hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.

 

 

Keçidlər