“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Heydər Əliyev Mərkəzində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
01 iyun 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, məktəbəqədər və məktəb yaşlı uşaqlar iştirak etmişdir.Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində sağlamlıq imkanları məhdud olan uşaqların əl işlərindən ibarət sərgiyə baxmış və məktəblilərin ifasında rəngarəng rəqs və səhnəciklərə tamaşa etmişlər.
Tədbir Heydər Əliyev Mərkəzində uşaqların ifasında hazırlanmış konsert proqramı ilə davam etmişdir.