Mədəniyyət naziri Əbülfəz Qarayev Salyan rayonunda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayev Salyan rayonunda vətəndaşları qəbul etmişdir
25 may 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərinin iştirakı ilə qəbulu keçirilmişdir.
Qəbuldan əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayev və rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər. Qəbulda vətəndaşlar müxtəlif məsələlərlə bağlı müraciətlər etmişlər. Onların müraciətlərinin bir qismi həllini tapmış, digər məsələlər araşdırılması üçün nəzarətə götürülmüş və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.