Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir.

07 may 2018 | 16:00

7 may 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə
elmi-praktik konfrans  keçirilmişdir.

  7 may 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
      Elmi-praktik konfrans Ulu Öndər Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən video-çarxla başlanılmışıdr. Konfransı giriş sözü ilə açan Salyan rayon İcra hakimyyətinin başçısı Sevindik Hətəmov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışmış, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyətin bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verdiyini vurğulamışdır.
     Çıxış edənlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr bəxş etmiş Heydər Əliyevin vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələri barədə geniş məlumatlar vermiş, Ulu Öndərin anadan olmasının 95 illik yubileyinin Azərbaycan xalqı tərəfindən böyük sevgi və təntənə ilə qeyd edildiyini vurğulamışlar.
       Konfransın sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə partiya biletləri təqdim edilmişdir.


 

Keçidlər