Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Qadınlarının konfransı keçirilmişdir

16 mart 2013 | 16:00

15 mart 2013-cü il tarixdə Rayon Qadınlar Şurasının növbəti konfransı keçirilmişdir. Konfransda  rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini A.Sofiyeva iştirak və çıxış etmişlər.
Konfransda rayon Qadınlar Şurasının sədri Y.Ələsgərova, şəhər 7 saylı məktəb-liseyin müəllimi G.Piriyeva, “Qələbə” qəzetinin müxbiri L.Nəsirova, rayon Təhsil şöbəsinin məsləhətçisi, YAP Qadınlar Şurasının üzvü R.Şirəliyeva çıxış etmişlər.
Çıxış edənlər Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə danışmış, ölkə rəhbərliyi tərəfindən onlara göstərilən qayğıdan bəhs etmişlər.
Konfransda Azərbaycan Qadınlarının IV Qurultayına 22 nəfərdən ibarət nümayəndə seçilmişdir

Keçidlər