Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd və Gomuşlu kəndlərinə təbii qaz verildi

15 mart 2013 | 16:00

Novruz bayramı ərəfəsində, mart ayının 14-də rayonun Təzəkənd və Gomuşlu kəndlərinə təbii qazın istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir. Mərasimdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, “Azəriqaz” QSC-nin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən RİH başçısı Tahir Kərimov rayonda həyata keçirilən infrastruktur layihələr, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat vermiş, sakinləri təbii qazın verilməsi münasibəti ilə təbrik edərək, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə son bir il ərzində rayonda qaz təsərrüfatının yenidən qurulmaqla 11 yaşayış məntəqəsinin qazlaşdırıldığını bildirmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki,  uzun illər təbii qazın verilişi dayanmış rayonun Təzəkənd kəndini “mavi yanacaq”la təmin etmək üçün  108 millimetrlik diametri olan 3457 metr, 57 millimetrlik diametri olan 1683 metr uzunluğunda kənddaxili yeni qaz xətti çəkilib. Eyni zamanda 236 fərdi tənzimləyici qurğu, bir o qədər də sayğac quraşdırılıb. Gomuşlu kəndinə isə diametri 108 millimetr olan 524 metr, diametri 57 millimetr olan 3190 metr uzunluğunda qaz xətləri çəkilib. Həmçinin həmin kənddə 59 qaztənzimləyici qurğu və sayğac quraşdırılıb. Digər kəndlərdə də bu istiqamətdə işlər davam etdirilir.
Kənd sakinləri çıxış edərək göstərilən bu qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış olmuşdur

Keçidlər