Salyan rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilmişdir.
Salyan rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilmişdir.
5 mart 2018-ci il tarixində rayon İcra hakimiyyətində “BədənTərbiyəsi və İdman günü“ münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Gənclər və İdman idarəsi, rayonun tanınmış məşqçi-müəllimləri, müxtəlif beynəlxalq turnirlərin, dünya çempionatlarının və respublika birinciliklərinin qalibləri olan idmançılar iştirak etmişdir. Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını salamlamış, “Bədən tərbiyəsi və İdman günü” münasibətilə idmançıları təbrik etmiş, onlara uğurlar arzulamışdır. Bildirmişdirki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir ki, bugün Azərbaycan dünyanın ən nüfuzlu idman tədbirlərinə ev sahibliyi edir. Daha sonra tədbirdə çıxış edənlər ölkə rəhbəri tərəfindən respublikada idmanın kütləviliyinə nail olunması və ölkə idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlar qarşısında xüsusi vəzifələr qoyulduğunu qeyd etməklə, ölkədə həyata keçirilən məqsədyönlü, davamlı sosial siyasətin bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynadığını diqqətə çatdırmışlar.
Tədbirin sonunda rayon İcra hakimiyyəti başçısı tərəfindən respubilka və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş bir qrup idmançı qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.