Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq qadınlar günü qeyd edildi

09 mart 2013 | 16:00

7 mart 2013-cü il tarixdə rayonda  8 Mart  Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdən öncə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov şəhid anası K.Abiyevanın və əmək veteranı M.Abdullayevanın evlərində olmuş, bayram münasibətilə onları təbrik etmişdir.
“Büllur” şadlıq sarayında keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında şura üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar iştirak etmişlər. Cənab T.Kərimov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında dediyi: “Mən dünyanın çox yerində olmuşam, amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” – sözlərini xatırlayaraq bildirdi ki, ulu öndər həmişə Azərbaycan qadının zəhmətini, fəaliyyətini yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.
Tədbirdə bildirildi ki, bu gün Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, həm də ictimai xadim ola bilər. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil dövlətlərin qadınlarında heç nə ilə geridə qalmır, hətta bir sıra sahələrdə öndə gedir.
Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov əməkdə və ictimai həyatda fərqlənən bir qrup qadına fəxri fərman və qiymətli hədiyyələr təqdim etmişdir.
Tədbirdə məktəblilər və incəsənət ustaları çıxış etmişlər.

Keçidlər