Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Salyan rayonunda Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə
əlaqədar tədbir keçirilmişdir
26 fevral 2018-ci il tarixində rayonun “Şəhidlər” xatirə kompleksində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları “Şəhidlər” xatirə kompleksində "Əsgər anası" və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmişdir.
Sonda tədbir iştirakçıları Dövlət Rəsm Qalareyasında Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxış keçirmişlər.