Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlığa Kömək Milli Fondunun Salyan rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumu keçirilmişdir

16 fevral 2018 | 16:00

Sahibkarlığa Kömək Milli Fondunun Salyan rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumu keçirilmişdir


     16 fevral 2018-ci il tarixində Salyan şəhər 2 saylı tam orta məktəbində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti işgüzar forumunu keçirmişdir. 
     Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat vermiş, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 milyon manat güzəştli kreditin ödənildiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Salyan rayonunda indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat güzəştli kredit ayrılmışdır.
     İşgüzar forumda Fond tərəfindən sahibkarlara Salyan rayonunun iqtisadi potensialına uyğun olaraq istixana kompleksinin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunmuşdur.
     Tədbir çərçivəsində dövlət tərəfindən güzəştli kredit ayrılan aqropark və istixana kompleksində aparılan işlərə baxış keçirilmişdir.

 

 

Keçidlər