Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “2 fevral-Gənclər günü”münasibətilə tədbir keçirilmişdir.

01 fevral 2018 | 16:00

Salyan rayonunda  “2 fevral-Gənclər günü”münasibətilə tədbir keçirilmişdir.

     01 fevral 2018-ci il tarixində Salyan rayon İcra hakimiyyətində  “2 Fevral - Gənclər günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak etmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
     Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulamış və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır.Tədbirdə çıxış edən gənclər bu gün dövlət gənclər siyasətinin gənclərin sevimlisi hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulamış, gənclərin dövlət qulluğuna irəli çəkilməsi, əlverişli təhsil mühitinin yaradılması və tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması, idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısını diqqətə çatdırmışlar.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər