Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Salyan rayonunda vətəndaşları qəbul etmişdir

25 yanvar 2018 | 16:00

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
Salyan rayonunda vətəndaşları qəbul etmişdir


        25 yanvar 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhər, Salyan, Hacıqabul, Sabirabad, Saatlı və Neftçala rayon sakinlərinin iştirakı ilə qəbulu keçirilmişdir. 
        Qəbuldan sonra Məleykə Abbaszadənin iştirakı ilə azərbaycan dili, riyaziyyat, ingilis dili müəllimlərinin və məktəb direktorlarının plenar iclası keçirilmişdir. İclasda 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair məlumat verilmişdir.
        İclasdan sonra Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən hər üç fənn üzrə bölmə iclasları keçirilmişdir.

 


 

Keçidlər