Salyan rayonunda 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Salyan rayonunda 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə
əlaqədar anım tədbiri keçirilmişdir.
Salyan rayonunda 20 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə "20 Yanvar şəhidlərinin xatirəsinə ucaldilmiş abidə-kompleksi"nin önündə məktəb şagirdlərinin iştirakıi lə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi"ni, 20 Yanvar şəhidi Elçin İmanovun məzarını və Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini anmışlar.