Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlamlıq və gənclik bayramı Salyanda qeyd olundu

06 mart 2013 | 16:00

5 mart – Bədən Tərbiyəsi və İdman Günü bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə həyata vəsiqə almışdır. Dövlət başçımızın böyük qayğısına daim layiqli qələbələrlə cavab vermək əzmində olan Azərbaycan idmançıları hər dəfə olduğu kimi, bu il də öz bayramlarını böyük fərəh və qürur hissi il qeyd etmişlər.

5 mart 2013-cü il tarixdə rayon İcra hakimiyyətində Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun tanınmış məşqçi-müəllimləri, müxtəlif beynəlxalq turnirlərin, dünya çempionatlarının və respublika birinciliklərinin qalibləri olan idmançıları iştirak etmişlər. Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov idmançıları əlamətdar gün münasibətilə salamlayaraq bildirmişdir ki, möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, olimpiya və paraolimpiya oyunlarında, başqa beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. RİH başçısı T.Kərimov 2012-ci ilin dövlət başçımız tərəfindən «İdman ili» elan edilməsi ilə əlaqədar respublika və Salyan idmançılarının qazandığı uğurlardan söz açmışdır.

Çıxış edənlər 2012-ci ildə Azərbaycan idmançılarının London olimpiadasında qazandığı uğurlardan, rayon idmançılarının beynəlxalq turnirlərdəki müvəffəqiyyətlərindən danışmış, 2015-ci ildə Avropada ilk olimpiya oyunlarına Bakının ev sahibliyi etməsini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük uğuru hesab etmiş, idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə dərin minnətdarlığını bildirmişlər.

Keçən il beynəlxalq, respublika və rayon birinciliklərində uğur qazanmış bir qrup idmançıya və onların məşqçilərinə RİH başçısının “fəxri fərman”ı və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Axırda rayonumuzun idmançıları və məşqçiləri RİH başçısı Tahir Kərimovla xatirə şəkli çəkdirmişlər.

Keçidlər