Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 10 yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

11 dekabr 2017 | 16:00

Salyan rayonunda 10 yeni fərdi yaşayış evi
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib


     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı həmin insanların maddi təminatlarının gücləndirilməsi, eləcə də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımların atılmasına imkan yaradıb.  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni mənzillərlə təmin olunub. Hazırda bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı yönündə işlər davam etdirilir. Salyan rayonunda  29 yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin istifadəsinə verilmişdir.
     11 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Salyan rayonunda inşa etdirilmiş 10 yeni, hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılmış evlər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə  təqdim edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və rayon ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
     Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra tədbir iştirakçıları istifadəyə verilən yaşayış evlərində yaradılmış şəraitlə tanış olmuşlar.
     Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondunun sədr müavini Ə.Seyidzadə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktoru N.Əzizov iştirak etmişdir.

 

Keçidlər