Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda istehlakçıların maarifləndirilməsi mövzusunda tədbir keçirilib

24 noyabr 2017 | 16:00

Salyan rayonunda istehlakçıların maarifləndirilməsi mövzusunda tədbir keçirilib

        Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rayon İcra hakimiyyəti ilə birlikdə noyabr ayının 24-də Salyan rayonunda istehlakçıların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb edən maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 100-dən çox istehlakçı iştirak etmişdir.
        Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasında dövlət qayğısından, bu sahədə etibarlı təminat sisteminin yaradıl-masından və həyata keçirilən dövlət siyasəti barədə məlumat vermişdir.
Konfransda Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli?", " Hər bir istehlakçı öz hüquqlarını bilməlidir " mövzularında məruzələrlə çıxış edərək, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat vermişlər.
        İstehlakçı hüquqlarının müxtəlif aspektlərini əhatə edən məruzələrdən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlakçı hüquqları, ticarət və xidmət qaydaları, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə tədbir iştirakçılarının sualları cavablandırılmışdır.


 

Keçidlər