Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat üzrə Respublika çempionatının zona yarışlarının açılış mərasimi keçirilmişdir

22 noyabr 2017 | 16:00

Salyan şəhər 2 saylı tam orta məktəbin idman zalında şahmat üzrə Respublika çempionatının zona yarışlarının açılış mərasimi keçirilmişdir

        22 noyabr  2017-ci il tarixində Salyan şəhər 2 saylı tam orta məktəbin idman zalında şahmat üzrə Respublika çempionatının zona yarışlarının açılış mərasimi keçirilmişdir. 6 yaş qrupu üzrə keçirilən yarışlarda Bakı şəhər 11 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Lənkəran şəhəri, Salyan, Masallı, Biləsuvar, Neftçala, Ağdam və Laçın rayonlarından hər komandadan 12 şahmatçı (6 qız, 6 oğlan) olmaqla 96 nəfər iştirak etmişdir.
        Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Açılış mərasimində Salyan rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov və “Təhsil” Respublika İdman Mərkəzinin baş məşqçisi Raul Quliyev çıxış edərək idmançılara uğurlar arzulamışlar. Dairəvi sistem üzrə keçiriləcək yarışlarda hər yaş qrupundan I və II yerləri tutan şahmatçılar cari ilin dekabr ayında keçiriləcək final yarışlarında iştirak etmək hüququ qazanacaqlar. Yarışların sonunda qalib gələn komandalar fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
        Zona yarışları noyabr ayının 30-dək davam edəcəkdir.

 

Keçidlər