Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüblər
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Salyan rayonunun ümumtəhsil məktəblərinin
şagirdləri Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüblər
16 noyabr 2017-ci iltarixində Salyan rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmiz tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşdür.
Tur-aksiyanın iştirakçıları öncə Ümummilli Lider Heydə Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri yolasalma mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, belə layihələrin yeniyetmə və gənclərin dünya görüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamış, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla yola düşmüşlər.