Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının IX konfransı keçirilmişdir
02 Noyabr 2017-ci Il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Yeni
Azərbaycan Partiyası Salyan rayon təşkilatının
IX konfransı keçirilmişdir
02 Noyabr 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının IX konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül- çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Konfransda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Əliağa Hüseynov, Mirkazım Kazımov, Hadı Rəcəbli, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın məsul işçisi Ramil Mirzəyev, ərazi partiya təşkilatlarının sədrləri, şura üzvləri, partiya fəalları və idarə heyətinin üzvləri iştirak etmişlər. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və onun 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Konfransda YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək partiyanın 25 ildə keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışmış, rayon təşkilatının fəaliyyəti haqqında geniş hesabat vermişdir. Natiq bildirmişdir ki, YAP Salyan rayon təşkilatı rayonda keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak etmişdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir. Milli Məclisin deputatları Əliağa Hüseynov, Hadı Rəcəbli, Mirkazım Kazımov və Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılmış, Rəşad Cəbrayılov yenidən yekdilliklə YAP Salyan rayon təşkilatının sədri seçilmişdir. Sonra 51 nəfərdən ibarət Şura, 17 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfərdən ibarət Nəzarət-Təftiş qrupunun üzvlərivə sədr müavinləri seçilmişdir. Konfransın yekununda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP rayon təşkilatı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.