Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Qadın Resurs Mərkəzinin açılış mərasimi münasibətilə tədbir keçirilmişdir

20 oktyabr 2017 | 16:00

Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan Qadın Resurs Mərkəzinin açılış mərasimi münasibətilə
tədbir keçirilmişdir

     20 oktyabr 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan Qadın Resurs Mərkəzinin açılış mərasimi münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Koordinatoru Qulam M. İsakzai və Koka-Kola Şirkətinin regional  nümayəndəsi Aleksandra Akkirman, rayonda fəaliyyət göstərən qadın təşkilatlarının təmsilçiləri, sahibkar qadınlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bölgələrdə Qadın Resurs Mərkəzlərinin yaradılmasının qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqində mühüm rol oynadığını, Salyan rayonunda açılan yeni Qadın Resurs Mərkəzinin də bu sahədə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir.
     Sonra tədbirdə çıxış edən Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayonda görülən işlərdən danışaraq əhalinin məşğulluğunun təminatının diqqətdə saxlanıldığını, yeni açılan Mərkəzin qadınların məşğulluğunun dəstəklənməsində əhəmiyyətini yüksək dəyərləndirmişdir.
     Tədbirdə biznes qalibləri və peşə kursunun məzunları olan xanımlara sertifikatlar təqdim edilmişdir. Sonra qadınların biznes məhsulları və əl işlərindən ibarət sərgi-yarmarkaya baxış keçirilmiş, biznes fəaliyyətinə dair nümunələr üzrə qısa məlumatlar verilmişdir.

 

Keçidlər