2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Salyan rayonunun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
13 oktyabr 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2017-cı ilin doqquz ayının sosial- iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Hesabat dövrünün ən əlamətdar hadisəsi kimi sentyabrın 24-də Prezident İlham Əliyevin Salyan rayonuna səfərinin əhəmiyyətini yüksək dəyərləndirən Sevindik Hətəmov dövlətimizin başçısının yeni obyektlərin açılışında iştirakının və rayon ictimaiyyəti ilə səmimi görüşünün hər bir rayon sakininə böyük sevinc bəxş etdiyini vurğulamışdır.
Yığıncağda məruzə ətrafında çıxışlar olmuş, cənab Prezident İlham Əliyevin Salyana davamlı diqqəti və qayğısı sayəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində yeni mərhələnin başlandığını, genişmiqyaslı quruculuq–abadlıq işlərinin, icra edildiyini diqqətə çatdıraraq bu ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlarını qeyd etmişlər. Hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar qətnaməsi qəbul edilmişdir.