Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edildi

01 mart 2013 | 16:00

Fevralın 26-da rayonda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı
soyqırımının 21-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.


  Xocalı faciəsində həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün
keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı
yanında şura üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin
nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları rayon mərkəzində yerləşən “Şəhidlər”
xatirə kompleksində "Əsgər anası" abidəsinin və Azərbaycanın Milli Qəhrəmanı Nazim
Babayevin abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, Azərbaycanın ərazi bütövlüyü
uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi
qarşısında ehtiramla baş əymişlər.


  Tədbir Salyan Dövlət Kukla Teatrında davam etdirilmiş, gənclərin hazırladığı "Biz
Xocalıya qayıdacağıq" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.


  Həmin gün rayonda Bakı vaxtı ilə saat 1700-da şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir

Keçidlər